Aslan İsmayılov məhkəməyə verilir: “Təhqirlərə son qoymalıdır”

Aslan İsmayılov məhkəməyə verilir: “Təhqirlərə son qoymalıdır”
  30 Oktyabr 2018    Oxunub:1606
Vəkil Aslan İsmayılov BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlını 2 il ərzində altıncı dəfə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Buna münasibət bildirərkən Orduxanlı deyib ki, 28 oktyabrda poçt vasitəsilə bildiriş alıb:

- İki il öncə Aslan İsmayılov facebook səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında tərbiyəzlik etmişdi. Və mən öz liderimi sosial şəbəkədə müdafiə etmişəm. 20 ildən artıqdır siyasi fəaliyyətlə məşğulam və o günə qədər heç bir şəxs deyə bilməzdi ki, kiminsə ünvanına etikadan kənar bir cümlə yazım. Ancaq Aslan-Allahverdi kimlər həddini aşanda təbii ki, cavablarını da almalıdırlar! Bundan sonra utanmadan 5 dəfə Səbail rayon məhkəməsinə müraciət edib. Dəfələrlə məhkəmə prosesi keçirilib. Məhkəmədə üzünə demişəm ki, 60 yaşına çatmısan, utanmırsan, öz maddi maraqların üçün, İlham Rəhimova yaltaqlanmaq üçün başqalarına təhqir yazırsan?

Orduxanlının sözlərinə görə, bu gün Aslan İsmayılov Avropda oturub, Azərbaycan dövləti və onun prezidenti əleyhinə kampaniya aparan "Obyektiv.tv”-də, "Meydan.tv” -də ölkənin baş prokuroru, ədliyyə naziri, Prezidentin köməkçiləri, Milli Məclisin üzvləri və digərlərinin haqqında tərbiyəsizlik edir.
“Artıq bütün materialları toplayırıq. Mən də onun bu özbaşınalığına son qoyulması üçün məhkəməyə müraciət edəcəyəm. BAXCP sədri Qüdrət Həsənquliyev də bütün bunlara hüquqi qiymət verilməsi üçün məhkəməyə üz tutacaq. O, həqiqətən də burada deyilməsi, yazılması mümkün olmayan təhqirlərə əl atır, insanların qüruruna toxunur. Aslan–Allahverdinin bu təhqirlərinə son qoyulmalıdır!”,- deyə BAXCP sədrinin müavini bildirib.




Teqlər:





Xəbər lenti