Güləşçilərimiz İranda yarışda iştirak edəcəklər

Güləşçilərimiz İranda yarışda iştirak edəcəklər
  31 Oktyabr 2018    Oxunub:6701
Azərbaycanın sərbəst güləşçiləri İranın Məşhəd şəhərində noyabrın 1-də start götürəcək yeniyetmələr arasında “Seyid Cəfər Musəvi Kuboku”nda iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında qonşu ölkədə Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edəcək. Qeyd edək ki, yarış iki gün davam edəcək.

Azvision.az



Teqlər: Güləş   İran   Yarış  





Xəbər lenti