Dünyanın məşhur mafiya lideri həbsdə öldü - FOTO

Dünyanın məşhur mafiya lideri həbsdə öldü -  FOTO
  31 Oktyabr 2018    Oxunub:3870
ABŞ-da cəza çəkən məşhur mafiya lideri həbsxanada ölüb.
Azvision.az xəbər verir ki, mütəşəkkil cinayətkarlıqda ittiham edilən irlandiyalı Ceyms Bulqerin meyiti Florida ştatındakı həbsxanada saxlanıldığı kamerada aşkar edilib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.



Qeyd edək ki, cinayətkar aləmin nüfuzlu nümayəndəsi olan Bulqer 11 iş üzrə axtarışda olub. Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən keçirilən əməliyyat nəticəsində o, 16 ildən sonra 2011-ci ildə Kaliforniya ştatında həbs olunub. Bulqerin həyatı ilə bağlı bir çox filmlər çəkilib.





Azvision.az


Teqlər: ABŞ   Mafiya  





Xəbər lenti