Həmsədrlər Azərbaycana ayın 1-də gələcəklər

Həmsədrlər Azərbaycana ayın 1-də gələcəklər
  31 Oktyabr 2018    Oxunub:2482
ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Azərbaycana noyabrın 1-də gələcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Qeyd edək ki, həmsədrlər ötən gün İrəvana səfərə gəliblər. Onlar səfər çərçivəsində Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyanla danışıqlar aparıblar.

Azvision.az



Teqlər: ATƏT   Həmsədr  





Xəbər lenti