Əfqanıstanda hərbi helikopter qəzaya düşdü – 25 ölü

Əfqanıstanda hərbi helikopter qəzaya düşdü –  25 ölü
  31 Oktyabr 2018    Oxunub:2094
Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində aralarında zabitlər də olmaqla 25 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı Əfqanıstan ordusunun nümayəndəsi Nəcibulla Nəcibiyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza Əfqanıstanın Fərəh əyalətinin Ənar-Dara rayonunda baş verib. İnsident nəticəsində sağ qalan olmayıb. Helikpterdə hərbçilərlə yanaşı Fərəh əyalət şurasının üzvləri və sədri də olub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti