ABŞ-dan müttəfiqlərinə gözlənilməz çağırış

 ABŞ-dan müttəfiqlərinə gözlənilməz çağırış
  31 Oktyabr 2018    Oxunub:2092
ABŞ Səudiyyə Ərəbistanının başçılığı altında fəaliyyət göstərən ərəb koalisiyasını Yəmənin bütün yaşayış məntəqələrində aviazərbələri dayandırmağa çağırır.


Azvision.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo bu cür bəyanatla çıxış edib.
“Husilərin nəzarəti altındakı rayonlardan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri istiqamətində atılan raket və pilotsuz uçuş aparatları zərbələri də daxil olmaqla düşmən davranışlara son qoymağın vaxtı çatıb. Müvafiq olaraq, ərəb koalisiyası da Yəmənin bütün yaşayış məntəqələrində hava zərbələrini dayandırılmalıdır”, – deyə Pompeo vurğulayıb.

ABŞ dövlət katibi onu da bildirib ki, bu ilin noyabrında üçüncü bir ölkədə Yəməndəki vəziyyətə dair danışıqlar başlanmalı, BMT-nin xüsusi elçisi ilə məsləhətləşmələr aparmaqla münaqişənin həlli üçün etimad mühitinin yaradılması və sərhədlərin demilitarizasiyası məsələləri müzakirə olunmalıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yəmən   BMT   ABŞ  





Xəbər lenti