FTX-nın binası yaxınlığında partlayış - Ölən var

FTX-nın binası yaxınlığında partlayış -  Ölən var
  31 Oktyabr 2018    Oxunub:2539
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelskdəki binasının yaxınlığında partlayış baş verib. İnsident nəticəsində bir nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi fövqəladə xidmət orqanına istinadən məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs partlayışın baş verdiyi ərazidəki insanlara kömək edərkən həyatını itirib. Onun Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olmadığı bildirilib.

Hazırda hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadası, həmçinin operativ əməliyyat xidmətinin əməkdaşları cəlb olunublar. Partlayışın baş vermə səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya  



Xəbər lenti