Hindistanda dünyanın ən hündür heykəli ucaldılıb - VİDEO

 Hindistanda dünyanın ən hündür heykəli ucaldılıb -  VİDEO
  31 Oktyabr 2018    Oxunub:4568
Hindistanın qərbindəki Qucarat ştatında dünyanın ən hündür heykəlinin açılış mərasimi keçirilib. Tədbirdə Hindistanın baş naziri Narendra Modi şəxsən iştirak edərək 182 metr hündürlüyündəki heykəli dünyaya tanıdacaq çarxı istifadəyə verib.
Azvision.az “Hindustan Times”a istinadən xəbər verir ki, heykəl Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin davamçılarından olan, müstəqil respublikanın yaradılması uğrunda Hindistanın 562 knyazlığını birləşdirən Sərdar Vallabhai Patelin xatirəsinə ucaldılıb.

182 metrlik heykəl dünyada ən hündür olmaqla ABŞ-dakı Azadlıq heykəlindən (93 metrdir) 2 dəfə, Braziliyadakı İsa Məsihin heykəlindən (38 metrdir) isə təqribən 5 dəfə böyükdür.



Hindistanın baş naziri Modi Vallabhai Patelin heykəlinin ucaldılmasına dair təlimatı 2013-cü ilin 31 oktyabrında verib. Həmin gün Patelin doğum günüdür və elə heyklin açılış mərasimi də bu gün onun anadan olmasının 143-cü ildönümünə salınıb.

Rəsmi məlumata əsasən, üzərində 250 mühəndis və 3400 fəhlənin işlədiyi heykəl 1700 ton bürünc, 18500 ton dəmir polad və 6500 ton struktur poladdan hazırlanıb. Sərdar Vallabhai Patelə heykəl qoyulması Hindistan hökumətinə ümumilikdə 430 milyon dollara başa gəlib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Hindistan   Braziliya   ABŞ  





Xəbər lenti