25 nəfərin öldüyü helikopteri “Taliban” vurub

 25 nəfərin öldüyü helikopteri “Taliban” vurub
  31 Oktyabr 2018    Oxunub:2557
“Taliban” silahlı hərəkatı Əfqanıstanda hərbi helikopterin qəzaya uğrayaraq 25 nəfərin ölməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın yaydığı bəyanatda deyilib. Silahlı qruplaşma Əfqanıstanın Fərəh əyalətində qəzaya düşən hərbi helikopteri raketlə vurduğunu bildirib.

Bundan əvvəl dağ üzərindən uçan helikopterin pis hava şəraiti nəticəsində qəza törətdiyi ehtimal edilirdi.

Qeyd edək ki, həmin helikopterdə Əfqanıstan ordusunun zabitləri, həmçinin, Fərəh əyalət şurasının üzvləri və sədri olub. Terror aktı nəticəsində sağ qalan olmayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti