Rusiya FTX binasındakı partlayış terror aktıdır

Rusiya FTX binasındakı partlayış terror aktıdır
  31 Oktyabr 2018    Oxunub:3464
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelskdəki binasında baş verən partlayış terror aktı kimi qiymətləndirilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın terror əleyhinə Milli Komitəsinin məlumat mərkəzi partlayışın FTX binasının girişində baş verdiyini bildirib. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, FTX-nin 3 əməkdaşı isə xəstəxanaya yerləşdirilib.



“İlkin məlumata əsasən, hadisə nəticəsində ölən Arxangelsk əyalətinin 17 yaşlı yerli sakinidir. O, özü ilə birlikdə Federal Təhlükəsizlik Xidmətinin binasına kustar üsulla hazırlanan partlayıcı qurğu keçirib” - Komitənin məlumatında deyilir. Arxangelsk əyalətinin qubernatoru İqor Orlov isə bildirib ki, baş verən partlayış təlim deyil və bu, olduqca ciddi məsələdir.

Onun sözlərinə görə, hazırda zərrəçəkənlərin əhatə dairəsinin müəyyənləşdirilməsi üzrə iş aparılır. Hazırda FTX binasına giriş bağlanıb. İçəridəki bütün əməkdaşlar isə evakuasiya olunub. Baş verənlərlə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib, terror aktı və döyüş sursatlarının qanunsuz gəzdirilməsi maddələri üzrə cinayət işi açılıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Rusiya   FTX  





Xəbər lenti