Ermənistanda“qara yara” insanlara keçdi
Faktla bağlı Ermənistanın Yeyinti Məhsullarının Təhlükəsizliyi Xidməti (YMTX) də səfərbər edilib. YMTX sədri Ovanes Mkrtçyan bildirib ki, Sibir xorası Yerevan sakininə qara maldan keçib.
Erməni mətbuatının qeyri-rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Yerevan İnfeksion Xəstəliklər Mərkəzinə daha bir neçə nəfər də analoji xəstəliklə bağlı müraciət edib.
Hazırda araşdırmalar davam edir. Ermənistan paytaxtında ət mağazalarının da təftişinə start verilib.
Qeyd edək ki, el arasında qara yara kimi tanınan Sibir xorası xəstəliyi kəskin yoluxucu bir xəstəlikdir. İnsanlara xəstə heyvanlarla təmas nəticəsində yoluxur. Xəstəliyin Yerevanda baş qaldıran dəri forması isə daha qorxulu və öldürücü hesab olunur.
S. Həsənova
AzVision.az