“Daily Mail” Sofiyanın Azərbaycan səfərindən yazıb
Azvision.az xəbər verir ki, Sofiya robotu dünya turu çərçivəsində Prezident İlham Əliyevlə görüşündən öncə Bakı Beynəlxalq Hava Limanında qısa müddət ərzində “ASAN xidmət” tərəfindən ilk dəfə elektron viza ilə təmin edilib.
Prezident İlham Əliyev söhbət zamanı Sofiyanın sıx iş rejiminə baxmayaraq Azərbaycan səfərindən məmnun olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, onunla birlikdə yeni ASAN mərkəzinin açılışında iştirak edir. Bunun innovasiya olduğu və müasir dövlət quruculuğunda niyyəti və gücü əks etdirdiyi vurğulanıb.
Azvision.az
Teqlər: Sofiya