İranlı nazir: “Rusiya bizə kömək etməyəcək”
Azvision.az xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zanqane jurnalistlərə açıqlamasında deyib.
Qərb mətbuatı həmçinin, İran neftinin Rusiyaya göndərilərək oradan yenidən Avropa və Asiyadakı tədarükçülərə satılacağının planlaşdırıldığına dair xəbərlər yayıblar. Lakin yayılan xəbərlərə münasibət bildiirən bəzi treyderlər İranın yenilənmiş xam neftini almaq niyyətində olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Rusiyanın İranda fəaliyyət göstərən sonuncu neft şirkəti “Zarubejneft” artıq İslam Respublikasını tərk edib. Şirkət İrandakı bütün layihələrdən çıxaraq öz payını “Promsıreimporta” verib. “Zarubejneft”in belə bir addım atması noyabrın 4-də ABŞ-ın İrana qarşı enerji sanksiyalarının qüvvəyə minəcəyilə izah olunur.
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


