Sarkisyan ailəsi ilə birlikdə kəndə köçdü
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin rəhbəri Nairi Petrosyan erməni mətbuatına bildirib. Onun sözlərinə görə, Serj Sarkisyan gedərkən hökumət iqamətgahının açarlarını da təhvil verib.
Qeyd edək ki, Paşinyan hökuməti keçmiş prezident statusuna uyğun olaraq daimi yaşayışı üçün Sarkisyana Ermənistanın müxtəlif bölgələrində yerləşən 10 malikanədən birini seçməyi təklif etsə də, o, təkliflərin hamısını rədd edib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan