Prokurorluq: “Kaşoqinin cəsədi parçalanaraq yox edilib”

  Prokurorluq:  “Kaşoqinin cəsədi parçalanaraq yox edilib”
  31 Oktyabr 2018    Oxunub:3320
İstanbul baş prokurorluğu jurnalist Camal Kaşoqinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.
Azvision.az xəbər verir ki, prokurorluğun məlumatına görə, səudiyyəli jurnalist baş konsulluğa daxil olduğu zaman boğularaq öldürülüb. Onun cəsədi parçalanaraq yox edilib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Azvision.az


Teqlər: İstanbul   Kaşoqi  





Xəbər lenti