Məktəblərdə peşəyönümü tədbirlərə başlanılıb

Məktəblərdə peşəyönümü tədbirlərə başlanılıb
  01 Noyabr 2018    Oxunub:9580
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən paytaxtın ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda peşəyönümü tədbirlərinə başlanılıb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, paytaxtın Nərimanov, Xətai və Nəsimi rayonlarındakı ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri, habelə məşğulluq xidmətləri haqqında ətraflı məlumatlar verilib. Hər bir gəncin gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olmasında onun düzgün peşə seçimi etməsinin, həmçinin öz əmək bacarıqlarını obyektiv qiymətləndirə bilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti