Ulduz futbolçu 6 ilədək həbs oluna bilər

Ulduz futbolçu 6 ilədək həbs oluna bilər
  01 Noyabr 2018    Oxunub:6999
Futbol üzrə Braziliya millisinin və Fransanın PSJ klubunun üzvü Neymar həbs təhlükəsi ilə üzləşib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı ulduz futbolçunun 2013-cü ildə "Santos" klubundan "Barselona"ya transferi zamanı ciddi maliyyə pozuntusuna yol verilib.
Araşdırma zamanı məlum olub ki, transferin dəyəri sənədlərdə 40 milyon avro göstərilsə də, əslində məbləğ daha böyük olub. İddialara görə, Neymarın keçidi 83 milyon avroya başa gəlib və bu, ictimaiyyətdən gizlədilib.

Qeyd edilən faktlar təsdiqini taparsa, Neymarı 6 ilədək həbs gözləyir.

Azvision.az


Teqlər: Neymar   Həbs   Braziliya  





Xəbər lenti