Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək

Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək
  01 Noyabr 2018    Oxunub:2464
Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq. Bunu jurnalistlərlə keçirdiyi görüşdə Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bəyan edib.
Vasilyev əlavə edib: “Mən bu məsələdə heç bir maneə görmürəm. İnsanların marağına xidmət edəcək bu dəmir yolu əlaqəsi iqtisadiyyatımızın inkişafına da kömək edəcək”.

Qeyd edək ki, bununla yanaşı, Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Mahaçqala və Bakı arasında birbaşa aviareysin açılması üzrə əməkdaşlığa dair memorandum da imzalanıb.

Sənədi Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov imzalayıblar. (AzərTAc)

Azvision.az



Teqlər: Dağıstan  





Xəbər lenti