“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ”ın oyununun yeri dəyişdirildi
  01 Noyabr 2018    Oxunub:6340
Topaz Premyer Liqasının 10-cu turunda keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” PFL-ə müraciət ünvanlayıb. Müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı qərarlar qəbul edib. Belə ki, I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr tarixindən 3 noyabr tarixinə keçirilib. Görüş “Azersun Arena” oynanılacaq. Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Azvision.az



Teqlər: PFL   Qarabağ  





Xəbər lenti