BNA parklanma yerləri ilə bağlı məlumatı təkzib etdi
01 Noyabr 2018
Oxunub:1649
Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib.
Azvision.az xəbər verir ki, bunu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, Mətbuat prospektindəki parklanma yeri səkinin üstüdür və burdakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. O, qeyd edib ki, bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir.