Sarkisyan Lukaşenko ilə Azəbaycana silah satışından danışdı

Sarkisyan Lukaşenko ilə Azəbaycana silah satışından danışdı
  01 Noyabr 2018    Oxunub:3144
Ermənistan prezidenti Armen Sarkisyan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşdə Minskin Azərbaycana silah satması məsələsini müzakirə edib.

Azvision.az xəbər verir ki, bu barədə Sarkisyan Belarusun Azərbaycana silah satmasına dair jurnalistlərin sualını cavablandırarkən deyib.
“Biz hər şeyi müzakirə etdik. Belarusun bu və ya digər ölkəyə silah satmaq qərarına gəlincə isə, gəlin, bu sualın cavabını bir kənara qoyaq. Bizim çox dostyana və məxfi söhbətimiz oldu”, - deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, Armen Sarkisyan Minskə səfəri çərçivəsində ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Lukaşenko Minsklə İrəvanın fərqli baxışlara sahib olmalarına rəğmən, yaxşı münasibətlərdə olduqlarını bildirib.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Azərbaycan   Ermənistan   Belarus  





Xəbər lenti