Gürcüstan ABŞ-dan yeni silahlar alacaq

 Gürcüstan ABŞ-dan yeni silahlar alacaq
  01 Noyabr 2018    Oxunub:2283
Gürcüstan ABŞ-dan hərbi texnika almağı davam etdirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoriya Batumidə keçirilən müdafiə və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı zamanı bəyan edib.

"Gürcüstana tank əleyhinə "Javelin" sistemlərinin verilməsi olduqca vacib hadisədir. ABŞ müdafiə naziri cənab Mettis ilə şəxsi söhbətimdə mənə dedi ki, yalnız xüsusi etimad bəslədikləri ölkələrə münasibətdə bu cür sistemlərin verilməsinə dair qərarlar qəbul edirlər. Bundan çıxış edərək, biz ABŞ-dan başqa növ silahlar almağa davam edəcəyik" - İzoriya vurğulayıb.

Nazir onu da əlavə edib ki, "Javelin" sistemlərinin təhlükəsizliyinin təmini üçün Tbilisi bütün imkanlardan istifadə edəcək: "Bizim ABŞ-la əlaqələrimiz irəliyə doğru inkişaf edir. Bu, əvvəllər mövcud olmayan xüsusi bir əlaqədir."

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Gürcüstan   ABŞ  



Xəbər lenti