Koreyalararası tarixi razılıq qüvvəyə mindi

 Koreyalararası tarixi razılıq qüvvəyə mindi
  01 Noyabr 2018    Oxunub:2489
Şimali və Cənubi Koreya arasındakı ağır silahlanmış sərhəd bölgəsində uçuşsuz zona və hərbi təlimlərin qadağan olunmasına dair razılaşma bu gündən qüvvəyə minib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn parlamentdəki çıxışı zamanı bəyan edib.

“Cənub və Şimal hərbi saziş vasitəsilə silahlı toqquşma təhlükəsini tamamilə aradan qaldırıblar. Hər iki Koreya dövləti və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və dayanıqlı etimada əsaslanan davamlı sülhün əldə edilməsinə nail olacaqlar” – Çje İn vurğulayıb.

Qeyd edək ki, Koreyalararası uçuşsuz zona şərqdəki hərbi demarkasiya xəttindən şimal və cənub istiqamətinə doğru 40 kilometr və qərbdən 20 kilometr ərazisini əhatə edir. Seulla Pxenyan arasındakı razılaşma həmçinin, uçuşsuz zonada aviasiya və hava-yer tipli silahlardan istifadə edilən hərbi təlimləri də qadağan edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   ABŞ  





Xəbər lenti