FTX-dan xüsusi əməliyyat: Ekstremist dəstə ələ keçirildi

 FTX-dan xüsusi əməliyyat:   Ekstremist dəstə ələ keçirildi
  02 Noyabr 2018    Oxunub:3104
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi Dağıstanda xüsusi əməliyyat keçirib.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində radikal dini qruplaşmanın lideri və dörd üzvü saxlanılıb.
Tutulan şəxslər "Ət-Takfir vəl-Hicrə” adlı ekstremist qrupun üzvləridir. Onlar əhali arasında Rusiya əleyhinə təbliğat aparıırmışlar.

Əməliyyat zamanı radikallığı təbliğ edən xeyli sayda dini ədəbiyyat ələ keçirilib. Faktla bağlı cinayət işi açılıb.

Azvision.az



Teqlər: Dağıstan  





Xəbər lenti