11 şagird vaxtından əvvəl yuxarı sinfə keçib
Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsilini vaxtından əvvəl bitirmək istəyən şagirdlər yuxarı siniflərə keçə bilər ki, bu da III, VIII, X siniflərlərdə mümkündür.
VIII sinifdə imtahan verərək təhsilini vaxtından əvvəl bitirən şagird yalnız 1 nəfər oğlan olub. X sinifdə imtahan verərək təhsil pilləsini bitirən şagirdlərin sayı isə 5 nəfər olub. Onlardan 2 nəfəri qız, 3 nəfəri oğlandır.
Qeyd edək ki, hər il noyabrdan gec olmayaraq müəllimlər və məktəb psixoloqu məktəbin direktorunaəsaslanmış birgə təqdimat ünvanlayırlar. Məsələ valideynin iştirakı ilə Pedoqoji Şurada müzkairə olunub, müvafiq qərar qəbul edilir. Yerli təhsil idarəetmə orqanı həmin təqdimatla əlaqədar komisisya təşkile dir. Komissiyanın müvafiq rəyi müsbət olduğu halda məktub Təhsil Nazirliyinə göndərilir.
Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilmə barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.
Aytən Zəhra
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi