Erməni katolikos cinsi azlıqların cəzalandırılmasını tələb etdi

 Erməni katolikos cinsi azlıqların cəzalandırılmasını tələb etdi
  02 Noyabr 2018    Oxunub:2388
“Ermənistanda LGBT (lezbiyanlar, geylər, biseksuallar və transgenderlər) nümayəndələri ənənəvi milli dəyərlərə təhdiddirlər”

Azvision.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin Eçmiədzin kilsəsində Ali Dini Şuranın iclasında çıxışı zamanı Ermənistanda keçiriləcək LGBT forumunu tənqid edərkən deyib.
Onun sözlərinə görə, cinsi azlıqların forumu Ermənistan əhalisi tərəfindən ciddi narazılıqla qarşılanır. Bu səbəbdən də, LGBT üzvləri apardıqları təbliğata görə cəzalandırılmalıdır.

“Tanrı insanlar üçün qaydalar və mənəvi normalar yaradıb. Amma indi həmin normalardan üz döndərmək cəhdləri edilir. Müqəddəs İsa Kilsəsi bu məsələ ilə bağlı artıq öz mövqeyini bildirərək bunu yolverilməz adlandırıb və günaha batanları tövbə etməyə çağırıb. LGBT cəmiyyəti nümayəndələrinin davranışları cəzaya layiqdir”, – deyə II Qaregin bəyan edib.

Bu cür çağırışlar Ermənistanda yaşayan cinsi azlıq nümayəndələrində ciddi narazılıq doğurub. Onların fikrincə, baş nazir səlahiyyətlərini icra edən Nİkol Paşinyan "demokratiya" və qərb dəyərlərinə inteqrasiyanı prioritet tutduğunu yalnız qulağa xoş səslənmək üçün səsləndirir. Reallıqda isə, apreldəki "məxməri inqilab"da ona dəstək olan LGBT nümayəndələrinin təhqir edilməsi, həmçinin, döyülməsi və hətta öldürülməsi cəhdlərinə göz yumur. Bu isə insan hüquqlarının tam təmini və müdafiəsi ilə bağlı Avropa İttifaqının İrəvan qarşısında qoyduğu tələblərə ziddir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İrəvan   LGBT   Eçmiədzin  





Xəbər lenti