Səudiyyə ABŞ-ın tələbini rədd etdi

Səudiyyə ABŞ-ın tələbini rədd etdi
  02 Noyabr 2018    Oxunub:2115
ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mettisin Ər-Riyadın başçılığı altındakı ərəb koalisiyasına Yəmənin yaşayış məntəqələrinə hava zərbələrini dərhal dayadırmaq barədə çağırışlarına rəğmən, Səudiyyənin rəhbərlik etdiyi qüvvələr bu gecə Yəmənin paytaxtına aviazərbələr endirib.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, ərəb koalisiyası Yəmənin paytaxtı Sanadakı beynəlxalq hava limanını və ətrafındakı əl-Dulaimi aviabazasına 30-dan çox raket atıb. Koalisiya qüvvələri sözçüsünün iddiasına görə, şiə husilər həmin hava limanını pilotsuz təyyarələrin uçuşu və ballistik raketlərin atılması üçün istifadə edirlər.

Qeyd edək ki, Pentaqonun rəhbəri Ceyms Mettis 30 gün ərzində Yəməndə atəşkəs elan edilməsini tələb edib. Dövlət katibi Mayk Pompeo isə Yəmən münaqişəsini həll etmək vaxtının yetişdiyini və yaxın günlərdə üçüncü bir ölkədə konfrans çağırılmasının vacibliyini bildirib. ABŞ-ın ardından Fransa və Böyük Britaniya da Yəməndə atəşkəs bəyanatları səsləndiriblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Yəmən   ABŞ  





Xəbər lenti