Tramp mətbuat katibinə vəzifə təklif edib

Tramp mətbuat katibinə vəzifə təklif edib
  02 Noyabr 2018    Oxunub:2920
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauertə Amerikanın BMT-dəki daimi nümayəndəsi olmaq təklif edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Con Roberts "Tvitter"də yazıb. Onun sözlərinə görə, Nauertin təyinatı barədə təklif şəxsən ABŞ prezidenti Donald Tramp tərəfindən gəlib. Lakin Nauertin təklifi qəbul edib-etmədiyi hələ ki bilinmir.

Bundan əvvəl Tramp özü Hizer Nauertin ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizədlərdən biri olduğunu təsdiq etmişdi: “O, əladır. Uzun müddətdir ki, bizimlə birgə işləyir.”

Lakin “The Wall Street Journal” yazır ki, Tramp bu vəzifəyə ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftın da namizədliyini düşünür.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 9 oktyabrda istefa verib. O, 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: BMT   ABŞ  





Xəbər lenti