Paşinyan məzuniyyətə çıxdı

 Paşinyan məzuniyyətə çıxdı
  02 Noyabr 2018    Oxunub:2848
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bir neçə günlük məzuniyyət götürüb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özü “Facebook” səhifəsində yazıb. Bildirib ki, müvəqqəti olaraq qısa məzuniyyətə çıxır.

“Bazar ertəsinədək bütün işlərdən uzaqlaşmaq qərarına gəldim. İcazənizlə, qısa müddətlik məzuniyyət götürürəm” – Paşinyan yazıb.

Xatırladaq ki, Ermənistan parlamenti 24 oktyabr və 1 noyabrda keçirilən səsvermələrdə ölkənin baş nazirini seçə bilməyib. Bu səbəbdən də, konstitusiyaya uyğun olaraq prezidentin fərmanı ilə parlament buraxılıb və 9 dekabra növbədənkənar parlament seçkiləri təyin olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti