Tovuzda maskalı şəxslər evə basqın edib - Fotolar

Tovuzda maskalı şəxslər evə basqın edib -  Fotolar
  02 Noyabr 2018    Oxunub:1498
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az-a verilən məlumata görə Tovuz rayonunun Hacallı kənd sakini olan Zərniyar Səmədova RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib.



Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib.



Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı cinayətin törədilməsində istifadə olunan 1 ədəd maskanı təqdim ediblər Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: Tovuz   DİN  





Xəbər lenti