Rusiyanın qızıl ehtiyatı ilk dəfə 2 min tonu keçib

Rusiyanın qızıl ehtiyatı ilk dəfə 2 min tonu keçib
  02 Noyabr 2018    Oxunub:2920
Rusiyanın Mərkəzi Bankı 2018-ci ilin üçüncü rübündə 92,2 ton qızıl alıb.
Azvision.az "TASS"-a istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Qızıl Şurasının (World Gold Council) icmalında yer alıb. Qeyd olunub ki, bu üç ay ərzində satın alınan rekord həcmdə qiymətli metal deməkdir.

Bunula da Rusiyanın qızıl ehtiyatı tarixdə ilk dəfə 2 min tonu keçib. Bu, ölkənin ümumi ehtiyatının 17 faizinə bərabərdir. Təşkilatın məlumatına əsasən, qızıl alınması dollar aktivlərinin satılması fonunda baş verir.

Azvision.az


Teqlər: Rusiya   Qızıl  



Xəbər lenti