Moskvadan ABŞ-a çağırış: "Buna hazırıq..."

 Moskvadan ABŞ-a çağırış:  "Buna hazırıq..."
  02 Noyabr 2018    Oxunub:2963
Rusiya ABŞ-la imzaladığı “Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında” müqavilənin müddətini daha 5 ilə uzatmağa hazırdır.

Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Moskva qüvvəsi 2021-ci ildə itəcək müqavilənin daha 5 ilə uzadılmasında maraqlıdır.

“Biz bu barədə dəfələrlə demişik, Rusiya prezidenti Putin ABŞ prezidenti Trampla təmaslarında da ictimai şəkildə bəyan edib ki, biz 2021-ci ildə 10 illik qüvvəsi bitəndən sonra “Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında” müqavilənin müddətinin daha 5 ilə uzadılması imkanlarının nəzərdən keçirilməsinə hazırıq” – Lavrov bildirib.

Rusiyalı diplomat vurğulayıb ki, bu imkanın həyata keçirilməsi üçün hazırkı müqavilənin icrası ilə bağlı mövcud problemlər həll edilməlidir: “Sözsüz ki, əgər ABŞ-ın Avropada və indi də Asiyada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsilə əlaqəli olan raket əleyhinə müdafiədən danışırıqsa, qeyd etməliyik ki, onlar strateji sabitliyə birbaşa təsir edirlər. Bu məsələni istənilən dürüst professional müzakirələrdən kənarda qoymaq olmaz”.

Lavrov, həmçinin, ABŞ prezidenti Donald Trampın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq istəyini təəssüflə qarşıladıqlarını və Rusiyanın bu razılaşmanın qorunub saxlanmasında maraqlı olduğunu qeyd edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti