Putin Trampla Argentinada görüşəcək

Putin Trampla Argentinada görüşəcək
  02 Noyabr 2018    Oxunub:3715
Rusiya prezidenti Vladimir Putin noyabrın sonlarında Argentinada baş tutacaq “G20” (“Böyük iyirmilik”) iclası çərçivəsində təkbətək görüş keçirəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bəyan edib. Onun sözlərinə görə, Parisdə keçiriləcək qısa görüşdən fərqli olaraq, iki lider arasında Argentinadakı 30 noyabr görüşü daha uzun və substantiv olacaq.

Qeyd edək ki, Putinlə Tramp 11 noyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbir çərçivəsində bir araya gələcəklər. Onların ilk təkbətək görüşü isə iyulun 16-da Finlandiyanın Helsinki şəhərində baş tutub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Argentina   ABŞ   Finlandiya  





Xəbər lenti