Suriyada 7 ildə 689 jurnalist öldürülüb

Suriyada 7 ildə 689 jurnalist öldürülüb
  03 Noyabr 2018    Oxunub:2972
Suriyada vətəndaş müharibəsi başlayandan bu günədək - 7 ildə ölkə ərazisində 689 KİV təmsilçisi qətlə yetirilib.
"Anadolu" agentliyinin yaydığı məlumata görə, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb.

Bildirilib ki, ötən müddət ərzində Suriyada öldürülən KİV nümayəndələrindən səkkizi əcnəbidir. Bundan başqa, münaqişə bölgəsində 18-i əcnəbi olmaqla 418 nəfər media əməkdaşı girov və yaxud əsir götürülüb.

Azvision.az



Teqlər: Suriya  





Xəbər lenti