Türkiyə ordusu 124 terrorçunu zərərsizləşdirib

  03 Noyabr 2018    Oxunub : 2410
 Türkiyə ordusu 124 terrorçunu zərərsizləşdirib
Türkiyə ərazisində, İraqın şimalında PKK və İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatları nəticəsində 124 terrorçu zərərsizləşdirilib.
Azvision.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatlar oktyabrın 26-dan Siirt, Diyarbəkir, Mardin, Şırnak, Hakkari, Muş əyalətlərində, həmçinin İraqın şimalında keçirilib.

Antiterror əməliyyatları zamanı Türkiyə ordusunun 1 hərbi qulluqçusu yaralanıb.

Azvision.az

Teqlər: Türkiyə   Ordu