ABŞ-da silahlı insident: 2 ölü, 6 yaralı

ABŞ-da silahlı insident:  2 ölü, 6 yaralı
  03 Noyabr 2018    Oxunub:3484
BŞ-da növbəti dəfə silahlı insident baş verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, naməlum silahlı şəxsin ABŞ-ın Florida ştatındakı Tallahassi şəhərində yerləşən yoqa studiyalarından birində açdığı atəş nəticəsində özü də daxil olmaqla 2 nəfər ölüb.

Yerli polis bölməsinin rəhbəri Maykl Deleoya bildirib ki, cinayətkar 6 nəfəri yaralayıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti