“Marmaray” dəmir yolu istismara verildi

“Marmaray” dəmir yolu istismara verildi
  29 Oktyabr 2013    Oxunub:1072
Açılışda Abdullah Gül və Rəcəb Təyyub Ərdoğan iştirak edəcək
Bu gün Türkiyənin ən böyük nəqliyyat layihələrindən biri - Bosfor boğazı altından keçən, “Marmaray” dəmir yolu tuneli rəsmən istismara veriləcək. Açılış mərasimində Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Təyyub Ərdoğan iştirak edəcək.

Həm də Türkiyə Respublikasının yaranmasının 90-cı il dönümü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Yaponiyanın baş naziri Şinzo Abe, Rumıniya baş naziri Viktor Ponta, Azərbaycan, Əfqanıstan, Bolqarıstan, Gürcüstan, İspaniya, Moldova hökümətlərinin üzvləri gəlib.

“Marmaray” layihəsinin rellaşmasına doqquz il əvvəl start verilib. Onun tikintisi ilə Türk-Yapon konsorsiumu məşğul olub.

Uzunluğu 13,6 km olan tunel 56 metr dərinlikdə yerləşir. Hökümətin hesablarına görə bu dəmiryolundan gündə təxminən 1,2mln insan istifadə edəcək. Bununla onlar vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etmiş olacaqlar.

İlk dəfə bu layihə haqqında ideya XIX əsrin ikinci yarısında fransız mühəndisi Jak Preo tərəfindən sultan Abdul-Məcidə təklif edilib. Lakin onun reallaşdırılması texniki çətinliklərə görə mümkün olmayıb.


S.Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti