ATƏT Ermənistandakı seçkiləri vacib hesab etmir

ATƏT Ermənistandakı seçkiləri vacib hesab etmir
  03 Noyabr 2018    Oxunub:3531
"Ermənistan hakimiyyəti 9 dekabrda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlıq üçün olduqca az zaman ayırıb".
Azvision.az xəbər verir ki, bunu Rusiyaya səfəri çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminqer “Valday” klubunda çıxışı zamanı deyib.

Baş katib Ermənistanda keçiriləcək seçkilərin tələskənliyinə diqqət çəkərək, parlament seçkilərinin o qədər də vacib olmadığını bildirib.

“Şəxsən mən düşünürəm ki, parlament seçkiləri üçün çox az vaxt saxlayıblar, amma buna təəccüblənmirəm. Çünki aydın idi ki, Ermənistanın müvəqqəti hökuməti öz hakimiyyətini möhkəmləndirməyi, leqitimliyi üçün ictimai dəstək almağı istəyəcək”, – Qreminqer vurğulayıb.

Xatırladaq ki, Ermənistan parlamenti 24 oktyabr və 1 noyabrda keçirilən səsvermələrdə ölkənin baş nazirini seçə bilməyib. Bu səbəbdən də, konstitusiyaya uyğun olaraq prezident Armen Sarkisyanın fərmanı ilə parlament buraxılıb və 9 dekabra növbədənkənar parlament seçkiləri təyin olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   ATƏT  





Xəbər lenti