Messiyə qarşı “çirkli pul” ittihamı

Messiyə qarşı “çirkli pul” ittihamı
  03 Noyabr 2018    Oxunub:5767
Argentina prokuroru Pablo Turano “Barselona” klubunun ulduz futbolçusu Lionel Messini və onun atasını çirkli pulları yumaqda ittiham edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, prokuror “Leo Messi” xeyriyyə fondundan çirkli pulların yuyulması üçün istifadə edilməsi ehtimalına görə, bu fondun fəaliyyətinin yoxlanmasını xahiş edib.

İttiham tərəfinin fikrincə, fondun aldığı ianələr ofşor zonalarındakı hesablara köçürülüb. Təhqiqatın davam etdirilməsi üçün kifayət qədər əsas olub-olmadığını məhkəmə müəyyən etməlidir.

Turano Messiyə qarşı bu ittihamları fondun sabiq əməkdaşlarından biri məhkəmədə ifadə verəndən sonra irəli sürüb. Həmin şəxsin sözlərinə görə, alınmış ianələr sosial layihələr üçün istifadə edilməyib.

Azvision.az



Teqlər: Messi  





Xəbər lenti