ABŞ Kaşoqi cinayətini İrana bağlamaq istəyir

 ABŞ Kaşoqi cinayətini İrana bağlamaq istəyir
  04 Noyabr 2018    Oxunub:3574
"ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrana qarşı psixoloji müharibə başladıb"

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidentinin köməkçisi İshaq Cahangiri deyib.
Onun sözlərinə görə, ölkəsinə qarşı psixoloji savaş mətbuat vasitəsilə reallaşdırılır.

"İnsanları təşvişə salırlar. Sözsüz ki, bir həddə qədər uğurlu ola bilərlər", - deyən İran rəsmisi İstanbulda qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşoqi cinayətinin İranla əlaqələndirilməsinə münasibət bildirib.

"Bu ölkələr Kaşoqinin öldürülməsini İranla əlaqələndirmək üçün səylər göstərirlər. ABŞ və müttəfiqləri medianın İran əleyhinə təxribatlar hazırlaması və ictimai rəyin İrana qarşı yönəlməsi üçün milyonlarla dollar ayırıb".

Cahangiri bu mövzuda daha çox Britaniya mətbautının yazdığını diqqətə çatdırıb.

"Digər Qərb KİV-lərində də belə mövzuların gündəmə gətiriləcəyinə əminik. Bəzi mətbuat orqanları müstəqil olduqlarını elan etsələrdə, sifarişli yazılarla ictimaiyyəti İrana qarşı yönəldir".

Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti