Ərdoğanın pilotu faciəvi şəkildə öldü

  04 Noyabr 2018    Oxunub : 2651
 Ərdoğanın pilotu faciəvi şəkildə öldü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinin pilotu Sərdar Halil Girgin yol qəzasında həlak olub.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, pilot Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Sərdar Halil Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib. “Boeing 777” təyyarəsi ilə həyata keçirilən səfər Türk Hava Yollarının tarixində uzunmüddətli uçuş kimi rekord qazanıb.



Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan   Pilot