"Zirə" ciddi itki ilə üzləşdi

"Zirə" ciddi itki ilə üzləşdi
  04 Noyabr 2018    Oxunub:6865
Topaz Premyer Liqanın 10-cu turunda “Səbail”lə qarşılaşacaq “Zirə” oyuna ciddi itki ilə çıxacaq.
Klubdan verilən məlumata görə, komandanın əsas müdafiəçilərindən olan Adrian Skarlatake görüşü buraxacaq. Rumıniyalı futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Zirə” – “Səbail” oyunu saat 19:00-da başlayacaq.

Azvision.az



Teqlər: Zirə  





Xəbər lenti