Ermənistan prezidentinin təyyarəsi əlindən alındı

Ermənistan prezidentinin təyyarəsi əlindən alındı
  04 Noyabr 2018    Oxunub:3138
Ermənistan prezidenti Armen Sarkisyanın aparatı “Airbus” təyyarəsindən məhrum edilib, dövlət başçısının xərcləri 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının rəhbəri Emil Tarasyan bildirib.

Onun sözlərinə görə, təyyarədən imtina 200 milyon dram qənaət etməyə imkan yaradacaq.

Tarasyan, həminin deyib ki, 2019-cu il üçün prezidentin xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək. Bu da 2018-ci ildəki analoji göstəricinin 61,5%-ni təşkil edir.

Aparat rəhbəri gələn il Ermənistanda ciddi ixtisarların olacağını, maaşlar üçün nəzərdə tutulan xərclərin azaldılacağını qeyd edib.

Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti