İrəvanda amerikalı aktyorları döydülər

İrəvanda amerikalı aktyorları döydülər
  05 Noyabr 2018    Oxunub:3616
Ermənistanın paytaxtı İrəvanda Amerika vətəndaşı olan aktyorlar döyülüb.

Azvision.az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb. Bildirilib ki, faktla bağlı noyabrın 3-də İrəvan sakini Aram Torosyan polisə məlumat verib.
Qeyd olunub ki, gecə saat 01:20 radələrində naməlum şəxslər küçədə Amerika vətəndaşı olan aktyorlar Kristofera Reynolda və Daniela Kovenaya hücum edərək onları döyüblər.

Döyülən aktyorlar Los-Ancelesdə yaşayırlar, İrəvana film çəkilişində iştirak etmək üçün gəliblər.

Məlum hadisə ilə bağlı polis araşdırma aparır. Hələlik cinayəti törədən şəxsləri müəyyən etmək mümkün olmayıb.

Azvision.az



Teqlər: İrəvan  





Xəbər lenti