“İran ABŞ-ın sanksiyalarını pozacaq” - Ruhani

 “İran ABŞ-ın sanksiyalarını pozacaq” -  Ruhani
  05 Noyabr 2018    Oxunub:2638
"Tehran öz neftini sataraq ABŞ-ın İranın enerji və bank kimi vacib sektorlarına tətbiq etdiyi sanksiyaları pozacaq"
Azvision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani iqtisadçılarla keçirdiyi görüşdə deyib.

“Amerika İranın neft satışını sıfıra endirmək istəyirdi. Amma biz öz neftimizi satmağa və sanksiyaları pozmağa davam edəcəyik”, – deyə Ruhani bəyan edib.

Qeyd edək ki, bu gündən etibarən ABŞ-ın İrana qarşı enerji, maliyyə- bank və gəmi daşımaları sektorlarına qarşı sanksiyaları qüvəyə minib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Sanksiya   ABŞ  





Xəbər lenti