Güclü qasırğa Avropada 16 insanın həyatına son qoyub

Güclü qasırğa Avropada 16 insanın həyatına son qoyub
  30 Oktyabr 2013    Oxunub:1095
AzVision.az xəbər verir ki,Oktyabrın 27-dən Böyük Britaniyanın cənub və Fransanın şimal-qərb hissəsindən başlayan güclü “Kristian” qasırğası Almaniyanı, Hollandiyanı, Danimarkanı və İsveçi əhatə edib. Qasırğa Böyük Britaniyada 460, Fransada 75, Almaniya, Hollandiya və Danimarkada isə 32 min evi bir neçə günlüyə işıqsız qoyub.

Qasırğa zamanı Böyük Britaniyada 6, Fransada 4, Almaniyada 2, Hollandiyada 3 və Danimarkada 1 nəfər həlak olub. Saatda 160 kilometr sürətlə hərəkət edən qasırğa bu ölkələrə ciddi ziyan vurub.

Avropanın şimalında nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. İngiltərənin Duvr dəniz limanında Fransaya gələn 400 sərnişin qasırğaya görə elə limanda gecələməli olub. Yüzlərlə uçuş ya təxirə salınıb və ya ləğv olunub.


Teqlər:  





Xəbər lenti