Merkel hökumət koalisiyasını davam etdirmək istəyir

  05 Noyabr 2018    Oxunub : 1899
Merkel hökumət koalisiyasını davam etdirmək istəyir
Almanya kansleri Angela Merkelin sədrlik etdiyi Xristian Demokratlar Partiyası Sosial Demokratlarla və Bavariyanın Xristian Sosial İttifaqı ilə federal hökumət koalisiyiasını davam etdirməyə razıdır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Merkel özü bəyan edib.

“İnanıram ki, Sosial Demokratlar Partiyası üçün vacib olan məsələ - fikrimcə, onlar bunda haqlıdırlar - bizim, yəni Xristian Demokratların koalisiya müqaviləsinə sadiqliyimizi davam etdirməyimizdir. Biz partiyamızın federal şurasının iclasında bu məsələni müzakirə etdik və yekdil razılığa gəldik. Məsələyə etiraz edən olmadı. Bu, o deməkdir ki, koalisiya müqaviləsi əsasında hökumətin idarəsini birlikdə davam etdirəcəyimizə dair ümumi mövqe var”, – deyə Merkel vurğulayıb.

Qeyd edək ki, ötən həftə Merkel partiya sədrliyinə yenidən namizədliyini irəli sürməyəcəyini, lakin 2021-ci ilədək Almaniyanın kansleri kimi vəzifələrini davam etdirməyə hazır olduğunu bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Almaniy8a