Erməniyə qalib gələn azərbaycanlı birinci oldu

  05 Noyabr 2018    Oxunub : 5474
Erməniyə qalib gələn azərbaycanlı birinci oldu
Paytaxt məktəblisi Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.
Təhsil Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aləm Mürsəlli 35 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Final mərhələdə erməni idmançını məğlub edən A.Mürsəlli qızıl medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, qısa müddətdir ki, karate ilə məşğul olmasına baxmayaraq, A.Mürsəlli həm ölkədaxili, həm də beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb. Belə ki, 2017-ci ildə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə də A.Mürsəlli erməni idmançını məğlub edərək I yerə layiq görülüb.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   İdman