Konor Həbiblə revanş tələb etdi

  05 Noyabr 2018    Oxunub : 5342
Konor Həbiblə revanş tələb etdi
İrlandiyalı döyüşçü Konor Makqreqor UFC rəhbəri Deyn Uaytla görüşü zamanı rusiyalı idmançı Həbib Nurməhəmmədovla revanş tələb edib.
Azvision.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Konor yenidən Həbiblə döyüşməkdə israrlıdır. O, məğlub olduğu idmançıdan qisas almağı qarşısına hədəf qoyub. Bu məqsədlə Konor UFC rəhbəri ilə 1 saata yaxın söhbət edib.

“Mən tez bir zamanda onunla revanşda görüşmək istəyirəm. Bunun üçün istənilən rəqiblə hər hansı matç keçirməyə hazıram”, - deyə Konor vurğulanıb.

Azvision.az

Teqlər: Konor   Həbib   UFC