İvanişvili xalqa müraciət etdi: “Bizə qarşı birləşiblər”

İvanişvili xalqa müraciət etdi:  “Bizə qarşı birləşiblər”
  05 Noyabr 2018    Oxunub:3622
Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının yaradıcısı və sədri Bidzina İvanişvili ölkə vətəndaşlarına müraciət edib.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, o, müraciətində prezident seçkilərinin ikinci turunda seçiciləri düzgün seçim etməyə çağırıb.
İkinci turda seçicilərin səhv qərar verməsi ilə bağlı böyük risklərin olduğunu vurğulayan İvanişvili deyib: “Bir neçə ay əvvəl mən siyasətə qayıtdım. Ölkədə sosial problemlərin getdikcə dərinləşdiyini və onların həlli üçün effektiv mexanizmin olmadığını gördüm. İnsanların bu problemləri daha aydın gördükləri mənə aydın oldu. Bu gün sizinlə razılaşmaya bilmərəm. Ölkədə yeniliklər etmək lazımdır. Bunun üçün də seçiminizi düzgün etməlisiniz. Bu seçimdən çox şey asılıdır. Seçkilərin ikinci turu yeni imkan və yenilənmə üçün əlverişli məqamdır”.

Hakim partiyanın opponentlərinin siyasi partiya olmadığını vurğulayan sədr deyib: “Bu gün intiqam və zorakılıq tətbiq etmək istəyən insanlar bizə qarşı birləşib. Əminəm ki, biz, xalqımızın rifahı, azadlığı naminə seçim edəcəyik və arzuladığımız Gürcüstanı birgə qura biləcəyik”.

Azvision.az



Teqlər: İvanişvili   Gürcüstan  





Xəbər lenti